AZ

Dünyanın Ən Gənc Milyarderi Johannes von Baumbach kimdir? FOTO

Milli.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Dünyanın ən gənc milyarderi olmaq, amma heç kimin üzünü görməməsi - bu, Almaniyadan olan 19 yaşlı Johannes von Baumbach haqqında deyilənlərdir. Onun haqqında nə bir şəkil, nə də sosial şəbəkədə izi var. Buna baxmayaraq, 2025-ci ildə o, 5,6 milyard dollarlıq sərvəti ilə dünyanın ən gənc milyarderi elan olunub.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, Johannes Almaniyanın İnqelheim şəhərində yaşayır və ailəsinin qurduğu nəhəng sərvətin varisidir. Bu sərvətin mənbəyi 1885-ci ildə Albert Boehringer tərəfindən yaradılan Boehringer Ingelheim adlı məşhur əczaçılıq şirkətidir. Şirkət əvvəllər apteklərə, tekstil və qida sənayesinə məhsullar satırdı, indi isə diabet, KOAH və qan laxtalanmasının qarşısını alan dərmanlarla dünyanın aparıcı şirkətlərindən biridir.

Şirkət tamamilə ailəyə məxsus olaraq qalıb və bu da nəsildən-nəslə sərvətin qorunmasını təmin edib. Təkcə 2023-cü ildə Boehringer Ingelheim-in gəliri 25,6 milyard avro olub, 53 mindən çox əməkdaşı var.

Johannes sərvəti təkbaşına miras almayıb. Onun daha üç bacı-qardaşı var:

Maksimilian (27 yaş)

Katarina (25 yaş)

Frans (23 yaş)

Hər biri təxminən 5,6 milyard dollarlıq sərvətin sahibidir. Maraqlısı odur ki, onların da ictimai həyatda görünüşü və sosial mediada izi yoxdur.

Johannes-dən bir yaş böyük olan braziliyalı Livia Voigt və italiyalı Clemente Del Vecchio da ən gənc milyarder varislər sırasındadır (hər ikisi 20 yaşındadır). Amma öz sərvətini 19 yaşında əldə edən Johannes von Baumbach bu siyahıda ən gəncdir.

Forbes-ə görə, milyarderlərin yalnız 12%-i 50 yaşından aşağıdır. Yəni 20 yaşına çatmadan milyarder olmaq demək olar ki, mümkünsüzdür. Çoxları sərvətini illərlə çalışaraq 50 yaşdan sonra qurur. Bu səbəbdən Johannes von Baumbach istisna hesab olunur.

Lalə Qüdrətova

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
9
1
news.milli.az

2Mənbələr