AZ

“Mançester Yunayted” yenə uduzdu

İngiltərə Premyer Liqasında 6-cı turun oyunlları keçirilir. Msport.az xəbər verir ki, “Mançester Yunayted” səfərdə “Brentford”un qonağı olub.

Görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. “Brentford”un heyətində İqor Tyaqoo dubl edib. “MY”nin heyətində Benyamin Şeşko fərqlənib və komandada ilk qolunu vurub. Bruno Fernandeş 76-cı dəqiqədə penaltidən yararlana bilməyib.

7 xalı olan “Mançester Yunayted” turnir cədvəlində 13-cü yeri tutur. Bu, Ruben Amorimin komandasının cari mövsümdə 3-cü məğlubiyyəti olub.

İngiltərə Premye Liqası 

6-cı tur

“Bretford” – “Mançester Yunayted” 3:1

Qollar: İqor Tyaqo, 8,20, Matias Yensen, 90+5 – Benyamin Şeşko, 26.

Seçilən
6
3
msport.az

4Mənbələr