İkinci Şəhidlər xiyabanının adı dəyişdirilib.
HİT.az xəbər verir ki, İkinci Şəhidlər xiyabanı bundan sonra Hərbi Memorial Məzarlıq adlanacaq.
Qeyd edək ki, Hərbi Memorial Məzarlıqda I və II Qarabağ müharibəsi, Aprel döyüşləri, antiterror əməliyyatları da daxil olmaqla digər əməliyyatlarda, helikopter qəzasında şəhid olmuş hərbi qulluqçular, Vətənə xidmətdə xüsusi fərqlənən generallar, zabitlər uyuyur.