AZ

Azərbaycanın stolüstü tennisçisi: “Qızıl medal qazanacağıma inanıram”

Azərbaycanın stolüstü tennisçisi Mərziyə Nurmətova III MDB Oyunlarının finalında qızıl medal qazanacağına inanır.

İdman.biz-in “Report”a istinadən verdiyi məlumata görə, idmançı bunu qızlar arasında fərdi yarışların yarımfinalında özbəkistanlı rəqibi Məftunə Gulimovanı 3:0 hesabı ilə məğlub etdiyi görüşdən sonra deyib.

“Ev sahibi olduğumuz üçün həyəcanlı idim. Qarşıma finala çıxmaq məqsədi qoymuşdum və hədəfimə çatdım. Komanda yarışında da ikinci olduq. Sabah finalda oynayacağam. İnanıram ki, qızıl medal qazanacağam”, - deyə o qeyd edib.

İdman.biz

Seçilən
18
idman.biz

1Mənbələr