AZ

Dənizçilər də sükut dəqiqəsinə qoşulublar

Bu gün saat 12:00-da ölkə ərazisində Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən (ASCO) Publika.az-a bildirilib ki, dənizçilər də sükut dəqiqəsinə qoşulub və ehtiram əlaməti olaraq gəmilərdən fit səsi veriblər.

Qeyd edək ki, bu gün Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlarının, döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə başladılan Vətən müharibəsində canlarından keçən qəhrəman şəhidlərimizin Anım Günüdür.

Seçilən
1
4
publika.az

7Mənbələr