AZ

Alzheimerdən qorunmaq üçün nə etməli? ARAŞDIRMA

Bizim media portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Demanın ən çox rast gəlinən formalarından biri olan Alzheimer xəstəliyi xüsusilə 65 yaşdan yuxarı insanlarda müşahidə olunur. Yaş artdıqca xəstəliyin yayılma ehtimalı da artır. Tamamilə qarşısını almaq mümkün olmasa da, gənc yaşlardan tətbiq edilən sadə yaşam tərzi dəyişiklikləri riskin azalmasına kömək edə bilər.Bizim.Media xəbər verir ki, Dünya Səhiyyə Təşkilatının məlumatına görə, hazırda dünyada təxminən 57 milyon insan demansdan əziyyət çəkir və onların 60-70 faizi Alzheimer xəstəsidir. Bu da dünyada 34-40 milyon insanın Alzheimer ilə yaşaması deməkdir. Hər il əlavə olunan 10 milyon yeni halın 2050-ci ildə 139 milyona çatacağı proqnozlaşdırılır.Azərbaycan da daxil olmaqla bir çox ölkədə bu xəstəlik getdikcə daha çox insanı əhatə edir. Türkiyədə təxminən 700 min nəfər Alzheimer və digər demans formaları ilə yaşayır. Uzunmüddətli müalicə və baxım tələb edən bu xəstəlik təkcə xəstələri deyil, onların ailələrini də ciddi sınaq qarşısında qoyur.Marmara Universiteti Pendik Tədris və Araşdırma Xəstəxanasının Neyrologiya Klinikasından Dr. Hatice Ömercikoğlu Özden xəstəliyin qarşısının alınması yolları ilə bağlı mühüm məqamlara diqqət çəkib:Zehni aktiv qalmaq – Beyni qorumağın ən təsirli üsullarından biridir. Bunun üçün yalnız kitab oxumaq və ya krossvord həll etmək kifayət etmir. Yeni biliklər əldə etmək, öyrənməyə davam etmək beyin sağlamlığını gücləndirir.Sağlam həyat tərzi – Düzgün qidalanma, fiziki aktivlik və sosial əlaqələri qorumaq Alzheimer riskini azaldan əsas amillərdəndir.Xroniki xəstəliklərin nəzarətdə saxlanması – Yüksək təzyiq, şəkərli diabet və ürək-damar problemləri Alzheimer riskini artırdığı üçün bu xəstəliklərin vaxtında müalicəsi böyük əhəmiyyət kəsb edir.Siqaret və alkoqoldan uzaq durmaq – Beyin hüceyrələrinə zərər verən bu vərdişlər həm ümumi sağlamlığa, həm də yaddaşa mənfi təsir göstərir.Mütəxəssislər vurğulayır ki, Alzheimerdən tam qorunmaq mümkün olmasa da, erkən dövrdən atılan kiçik addımlar xəstəliyin yaranma riskini əhəmiyyətli dərəcədə azalda bilər.Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
1
bizim.media

2Mənbələr