AZ

TƏCİLİ: İran bu ölkələrdəki səfirlərini geri çağırır Nə baş verir?

Turkstan.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

İran bu gün Almaniya, Fransa və Britaniyadakı səfirlərini BMT-nin Tehrana qarşı planlaşdırdığı sanksiyaların bərpası ilə bağlı məsləhətləşmələr üçün geri çağırıb.

Turkustan.az xəbər verir ki, bu barədə MEHR agentliyi məlumat yayıb ."Üç Avropa ölkəsinin BMT Təhlükəsizlik Şurasının əvvəllər ləğv edilmiş qətnamələrini bərpa etmək üçün snapback mexanizmindən sui-istifadə edən məsuliyyətsiz hərəkətlərinə cavab olaraq , İran Almaniya, Fransa və Böyük Britaniyadan səfirlərini Tehranda məsləhətləşmələr aparmaq üçün geri çağırıb", - hesabatda deyilir.Cümə günü İranın xarici işlər naziri Abbas Əraqçi deyib ki, Avropa üçlüyünün – Britaniya, Fransa və Almaniyanın BMT Təhlükəsizlik Şurasının İrana qarşı sanksiyalarını bərpa etmək səyləri “etibarsız” və heç bir hüquqi qüvvəyə malik deyil.Baş diplomat bu sözləri BMT Təhlükəsizlik Şurasında İran və digər ölkələr arasında 2015-ci ildə imzalanmış nüvə sazişi çərçivəsində sanksiyaların yenidən qüvvəyə minməsi ilə nəticələnəcək snapback mexanizminin işə salınıb-söndürülməməsi ilə bağlı səsvermədən sonra çıxışı zamanı deyib.

Aytən Yaşar/ Turkustan.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
2
24
icma.az

10Mənbələr