AZ

Dövlət Xidmətinin şəxsi heyəti Zəfər parkını ziyarət edib

Yazını böyüt
Yazını kiçilt

Qırx dörd günlük Vətən müharibəsinin başlanmasının ildönümü münasibətilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-mayor Mürsəl İbrahimov və xidmətin şəxsi heyəti Bakı şəhərində inşa olunan Zəfər parkındakı 8 Noyabr – Zəfər Gününü əks etdirən memorial abidəni ziyarət edib.

Dövlət Xidmətindən hafta.az-a bildirilib ki, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün təmin edilməsi uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının əziz xatirəsi yad edilərək memorial kompleksin girişində olan abidə önünə gül dəstələri düzülüb.

Həmçinin şəhidlərin əziz xatirəsi Xidmətin aparatında bir dəqiqəlik sükutla yad edilib.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamı ilə hər il sentyabrın 27-si ölkə ərazisində Anım Günü kimi qeyd edilir.

Seçilən
17
11
hafta.az

10Mənbələr