AZ

Petro: Qəzzada baş verənlər sözün əsl mənasında soyqırımdır

Kolumbiya prezidenti Qustavo Petro Nyu-Yorkun Tayms Meydanında Fələstinə dəstək nümayişinə qatılıb.

Turkustan.az xəbər verir ki, Pink Floydun yaradıcılarından olan Piter və britaniyalı musiqiçi Rocer Uoters Fələstinə dəstək və İsrailə qarşı Tayms meydanında keçirilən etiraz aksiyasına qatılıb.

Kolumbiya prezidenti Qustavo Petro burada çıxış edərək: "Qəzzada baş verənlər sözün əsl mənasında soyqırımdır. Bunu izah etməyin başqa yolu yoxdur. Məqsəd Fələstin xalqını məhv etməkdir. Soyqırım baş verəndə insanlığa qarşı cinayət törədilir. Bu gün yəhudilərin yaşadığı soyqırımı kimi bir səhnə ortaya çıxır. İnsanlığa qarşı cinayət törədildiyinə görə məsuliyyət daşımalıdır. İnsanlar hər gün soyqırıma daha sərt reaksiya verirlər. Bizim nə İsrail xalqı, nə də yəhudilərlə problemimiz yoxdur. Əslində, mənim çoxlu yəhudi dostlarım var"-deyə, bildirib.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
33
turkustan.az

1Mənbələr