AZ

Bəyin qohumları cehiz üçün gəlini zəhərli ilanla bir otaqda saxladılar

BAKI, 27 sentyabr. TELEQRAF

Hindistanda bəyin qohumları əlavə cehiz tələb edərək gəlini zəhərli ilanla bir otaqda saxlayıblar.

Teleqraf xəbər verir ki, hadisə Kanpur şəhərində baş verib.

Toydan sonra bəyin ailəsi 25 yaşlı qızın qohumlarından daha çox cehiz tələb edib. İmtina cavabı aldıqda isə gəlini bir otağa salıb, oraya zəhərli ilan buraxıblar. Sürünən qızı sancsa da, bəyin qohumları ona kömək etməyiblər.

Qızı xəstəxanaya bacısı çatdırıb. Polis qaynana və qayını da daxil olmaqla, yeddi nəfərə qarşı cinayət işi açıb.

Qeyd edək ki, hadisənin baş verdiyi Kolonelqanc bölgəsində cehizlə bağlı rəsmi qadağa mövcuddur.

Seçilən
12
teleqraf.com

1Mənbələr