Bu iddia ilə sözügedən bağçanın təmizlik işçisi Afiqə Şirinova çıxış edib.
O iddia edir ki, 5 ildir bağça rəhbərliyi dəyişdikdən sonra orada qanunsuzluqlar hökm sürür. Şahidi olduğu qanunsuzluqlardan ən əsası isə uşaqların ərzaq normalarının kəsilməsidir:
“Uşaqlara gələn ərzaqları vermirlər. Uşağa nəyə görə alma-çörək verilməlidir? Niyə quru çörək, su verilir? Buranın müdiri və onun yoldaşı niyə ərzağı dükana qoyub satır?”
Uşaq bağçasının müdiri Gülnarə Axundova bildirib ki, səsləndirilən ittihamlar tamamilə əsassızdır.
Məsələ ilə bağlı Qarabağ Regional Təhsil İdarəsindən qeyd edilib ki, təqdim edilən görüntülər və səsləndirilən iddialarla bağlı müvafiq araşdırma aparılacaq. Nəticəsindən asılı olaraq qanunvericiliyin tələblərinə uyğun tədbirlər görüləcək.
Ətraflı “Xəzər Xəbər”in videomaterialında:
5Mənbələr
-
news24.azAğcabədidə bağça müdiri uşaqların ərzağını satır? - Video ( 21786748)
-
demokrat.azAğcabədidə bağça müdiri uşaqların ərzağını satır? — VİDEO ( 21787477)
-
cebheinfo.azAğcabədidə bağça müdiri uşaqların ərzağını satır? - VİDEO ( 21787297)
-
milli.azBağça müdiri uşaqların ərzağını satır? - "Yavan çörək yeyirlər" - VİDEO ( 21786442)
-
qafqazinfo.azAğcabədidə bağça müdiri uşaqların ərzağını satır? Video ( 21785803)