AZ

Xarici nümayəndə: “III MDB Oyunları çox gözəl başlayıb”

“Azərbaycanda keçirilən III MDB Oyunlarında təşkilatçılıq çox yaxşıdır.

İdman.biz-in Report-a istinadən verdiyi məlumata görə, bunu Özbəkistan nümayəndə heyətinin rəhbəri Akramjon Nizametdinov stolüstü tennis yarışından sonra jurnalistlərə açıqlamasında deyib.

O, yarışın uşaqlar üçün faydalı olduğunu söyləyib: “III MDB Oyunları çox gözəl başlayıb. Hamı layiqincə çıxış edir. Şəhərlər çox gözəldir. Yarışlar 7 şəhərdə keçirilir. Bu turnir uşaqlar üçün çox faydalıdır. Təşkilatlıq çox yaxşıdır, hər şey əla vəziyyətdədir, heç bir problem yoxdur. Problemlər yarananda operativ şəkildə həll olunur”.

Qeyd edək ki, komanda, şəxsi, qoşa və qarışıq-qoşa növləri üzrə keçirilən stolüstü tennis yarışına sentyabrın 29-da yekun vurulacaq.

İdman.biz

Seçilən
0
1
idman.biz

2Mənbələr