AZ

Xaçmazda toydan qayıdanlar ağır qəzaya düşdülər - Altı yaralı var

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Xaçmaz rayonunun Hülövlü kəndi yaxınlığında, Gəndob-Yalama avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, Hülövlü kənd sakini Tural İskəndərovun idarə etdiyi "Toyota Pajero" markalı avtomobil idarəetməni itirərək Ağçay üzərindəki körpüdən çaya aşıb. İlkin məlumatlara əsasən, hadisə zamanı altı nəfər yaralanıb.
Yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar və onlara hazırda tibbi yardım göstərilir.
Məlumata görə, qəzaya düşənlər toy mərasimindən qayıdırmışlar.
Faktla bağlı araşdırma aparılır.
Seçilən
34
50
oxu.az

10Mənbələr