AZ

Lukaşenko Zelenski ilə danışmaq istədiyini bildirib

Belarus prezidenti Aleksandr Lukaşenko ukraynalı həmkarı Volodimir Zelenski ilə danışmaq istədiyini bildirib.

Operatıv Media xəbər verir ki, bu barədə o, jurnalist Pavel Zarubinə müsahibəsində deyib. 

"Mən sadəcə onunla danışmaq istərdim. Mənim ona deyəcəklərim var. Məncə, bizim məsləhətləşmələrə başlamağın vaxtı çatıb", - deyə Lukaşenko bildirib.

Belarus lideri xüsusi hərbi əməliyyatın (SMO) əvvəlində üç slavyan dövlətinin liderləri arasında “oturub bu anlaşılmaz müharibəyə son qoymaq üçün danışıqlar aparmaq” təklifini xatırladıb.

"Biz razılığa gəlməliyik. Razılığa gəlməsək, bu, hamı üçün pis olacaq", - Lukaşenko vurğulayıb.

Seçilən
12
operativmedia.az

1Mənbələr