AZ

İran AES tikintisi üçün “Rosatom”la 25 milyard dollarlıq müqavilə imzalayıb

Qahirə, 26 sentyabr, AZƏRTAC

İranın “Hörmüz” şirkəti Sirikdə (Hörmüzqan vilayəti) dörd ədəd, təkmilləşdirilmiş üçüncü nəsil atom elektrik stansiyası qurğusunun tikintisi və istismarı üçün Rusiyanın “Rosatom” şirkəti ilə 25 milyard dollarlıq icra müqaviləsi imzalayıb.

AZƏRTAC İranın “IRNA” xəbər agentliyinə istinadla bildirir ki, imzalanma mərasimi sentyabrın 26-da Moskvada “Beynəlxalq Atom Enerjisi Həftəsi” çərçivəsində baş tutub.

Bildirilib ki, müqavilə İran İslam Respublikası və Rusiya Federasiyası arasında nüvə enerjisindən dinc məqsədlərlə istifadə sahəsində birgə əməkdaşlığın inkişafını hədəfləyir.

Bu nəhəng layihə İranın cənub-şərqində, Hörmüzqan vilayətinin Sirik (Kohestək rayonu) bölgəsində 500 hektar ərazidə həyata keçiriləcək.

Artıq layihə üçün ərazi seçimi ilə bağlı tədqiqatlar başa çatıb, hazırda mühəndislik və ekoloji araşdırmalar, həmçinin bəzi hazırlıq işləri davam etdirilir.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

 

Seçilən
30
6
azertag.az

9Mənbələr