AZ

Türkiyə XİN rəhbəri: İslamafobiya artıb

Türkiyənin xarici işlər naziri Hakan Fidan, BMT-nin 80-ci Baş Assambleyasının yüksək səviyyəli həftəsi çərçivəsində İƏT xarici işlər nazirlərinin illik koordinasiya toplantısına sədrlik edib...

APA-nın Türkiyə bürosu xəbər verir ki, Türkiyə XİN başçısı açılış nitqində İsrailə edilən silah və sursat göndərişlərinin dayandırılması, Beynəlxalq Ədalət və Cinayət Məhkəmələrinin cəzasızlığı aradan qaldıran mexanizmlərə çevrilməsi və hüquqi mübarizənin gücləndirilməsinin vacibliyini vurğulayıb.

O həmçinin Fələstin Dövlətinin BMT-yə tam üzvlüyü üçün son diplomatik proseslərdən faydalanmağın və İsrailin cinayətlərinin beynəlxalq ictimaiyyət qarşısında ifşa edilməsinin əhəmiyyətini qeyd edib. “İsrailin Suriyadakı cinayətlərinin dayandırılması da həyati əhəmiyyət daşıyır”, – deyə o bildirib.

Fidan islamafobiyanın artdığını və müsəlman icmalarına qarşı irqçi hərəkətlərin davam etdiyini diqqətə çatdıraraq ortaq mövqedən çıxış etməyin vacibliyini vurğulayıb.

Poliqon.info

Seçilən
4
8
poliqon.info

9Mənbələr