“Red Bull”un sabiq rəhbəri Kristian Hornerin maliyyə məsələsi ilə bağlı anlaşma əldə olunandan sonra “Formula-1” komandasından ayrılması rəsmiləşib.
“Planet F1” nəşri iddia edir ki, komanda ona 100 milyon dollardan artıq kompensasiya ödəyəcək.
“Red Bull” 51 yaşlı britaniyalının istefaya göndərildiyini iyulun 9-da elan edib. Hornerin yerini əvvəllər RB-yə rəhbərlik edən Loran Mekis tutub. Horner 2005-ci ildən bəri “Red Bull”da rəhbər vəzifəsini tuturdu.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta