AZ

Türkiyəli aktrisa: Biz dünyaya səs salacaq güclü müştərək bir film yarada bilərik

Azertag saytından alınan məlumata görə, ain.az bildirir.

Bakı, 26 sentyabr, AZƏRTAC

Türkiyə və Azərbaycan kinematoqrafçıları dünyaya səs salacaq güclü bir film yarada bilər. Ümid edirəm ki, gələcəkdə birgə film çəkəcəyik.

AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Bakıda Türkiyə-Azərbaycan Türk film günlərinin açılış mərasimindən əvvəl Türkiyənin məşhur “Yeşilçam” aktrisası Hülya Koçyiğit söyləyib.

Bakıda olmasından qürur duyduğunu söyləyə aktrisa deyib: "Çox dəyərli sənətkarlarla tanış oldum. Həqiqətən xoşbəxtliyimi təsvir edə bilmirəm. Bakıya ilk dəfədir gəlirəm. Ümid edirəm ki, bundan sonra daha tez-tez gələcəyəm. Mən həmçinin Qarabağı da ziyarət etmək arzusundayam".

Aktrisa bizim eyni millət olduğumuzu və birlikdə bir çox hadisələri yaşadıqlarımızı diqqətə çatdırıb. Hülya Koçyiğit Azərbaycan kinosunu çox sevdiyini və musiqisinə heyran qaldığını qeyd edib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
1
1
azertag.az

2Mənbələr