Xaçmazda "Mitsubishi Pajero" markalı minik avtomobili çaya aşıb.
Publika.az Azərtac-a istinadən xəbər verir ki, hadisə Gəndob-Yalama yolunun Xaçmaz rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Xaçmaz rayonu Hülövlü kənd sakini Tural İskəndərov toydan qayıdarkən Ağçay çayının üzərindən keçərkən idarə etdiyi avtomobil idarəetmədən çıxaraq hündürlükdən dərəyə aşıb.
Hadisə nəticəsində sürücü və avtomobildə olan sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar təcili tibbi yardım avtomobili ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar.