Turkstan.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
27 Sentyabr – Anım Günü xalqımızın yaddaşına silinməz izlərlə həkk olunmuş, qəhrəmanlıq və şəhidlik zirvəsinə ucalan övladlarımızın əbədi olaraq xatırlandığı müqəddəs bir gündür.
2020-ci ilin payızında Azərbaycan Ordusu, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə, xalqımızın dəmir iradəsi və sarsılmaz birliyi sayəsində bu gündən başlayaraq tarixi 44 günlük Zəfər salnaməsinə imza atmağa başladı.
Bu gün biz Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və milli ləyaqəti uğrunda canlarını fəda etmiş şəhidlərimizi dərin ehtiramla anırıq. Onların göstərdiyi şücaət və fədakarlıq nəticəsində 30 ilə yaxın düşmən işğalı altında qalan torpaqlarımız azad olundu, tarixi ədalət bərpa edildi.
Şəhidlərimizin müqəddəs ruhu qarşısında baş əyir, onların ailələrinə, yaxınlarına və bütün xalqımıza başsağlığı verir, səbr diləyirik.
27 Sentyabr – Anım Günü yalnız xatirə günü deyil, eyni zamanda şəhidlərimizin ruhuna sadiqliyin, dövlətçiliyimizə bağlılığın və Zəfəri daim yaşatma əzminin ifadəsidir.
Böyük Quruluş Partiyası olaraq biz bir daha bəyan edirik ki, bizim başlıca vəzifəmiz ölkəmizin müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə yönəlmiş istənilən təhdidə qarşı hər zaman qətiyyətlə dayanmaq, şəhidlərimizin əmanətinə sahib çıxmaq olmalıdır. İnanırıq ki, birlikdə daha güclü bir Azərbaycan qurmaqla şəhidlərimizin xatirəsini uca tuta bilərik.
Allah şəhidlərimizin ruhunu şad, məkanlarını cənnət eləsin!
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.