AZ

Güclü külək məktəbin darvazasını aşırdı - VİDEO

Gürcüstanda bir Azərbaycan və iki Belarus vətəndaşı virtual aktivlərin qanunsuz konvertasiyasına görə həbs ediliblər. Avtosfer.az-ın Oxu.az-a istinadən xəbərinə görə, bu barədə Gürcüstanın BM.ge nəşri məlumat verib. Məlumata görə, Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidməti Şida Kartli və Mtsxeta-Mtianeti vilayətlərinin prokurorluqları ilə birlikdə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq ittihamı ilə üç xarici vətəndaşı həbs edib. İstintaqın bildirdiyinə görə, Azərbaycan vətəndaşı olan F.Q. və Belarus vətəndaşları olan A.P. və A.V. Gürcüstanın Tbilisi və Batumi şəhərlərindəki obyektlərdən müxtəlif konvertasiya olunan virtual aktivləri məcburi qeydiyyat olmadan konvertasiya etməkdə və nəticədə komissiya şəklində külli miqdarda gəlir əldə etməkdə ittiham olunurlar.

Nəşrin məlumatına görə, istintaq zamanı 246 975 dollar, 103 210 lari, 1 705 avro və nağd şəkildə müxtəlif xarici valyutalar müsadirə edilib. İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 192-ci maddəsinin ikinci hissəsi ilə davam edir ki, buna görə üç ildən beş ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Cinayətdə, vergilərdən yayınmada və mümkün qanunsuz gəlirlərin leqallaşdırılmasında əli olan digər şəxslərin müəyyən edilməsi istiqamətində işlər davam etdirilir.

Seçilən
6
avtosfer.az

1Mənbələr