Gürcüstan prezidenti Trampa ABŞ-la münasibətlərə “sıfırdan” başlamağı təklif edib.
Gürcüstan prezidenti Kavelaşvili bəyan edib ki, amerikalı həmkarı Trampla BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində keçirdiyi görüşdə o, iki ölkə arasında münasibətlərin yeni başlanğıcını təklif edib. Nyu Yorka səfərini yekunlaşdırarkən jurnalistlərə deyib: “Mən ABŞ prezidentinə münasibətlərimizi sıfırdan başlamağın vaxtının yetişdiyini bildirdim, o, bu məsələni izləyəcəyini və bu mövzuya qayıdıb mənimlə əlaqə saxlayacağına söz verdi və biz cavab gözləyəcəyik” dedi.
Kavelaşvili əlavə edib ki, o, ABŞ-ın ticarət naziri Latniklə də görüşüb.