AZ

Rusiya Efiopiyada nüvə stansiyası tikəcək – saziş imzalandı

Bakuinfo xəbər verir ki, Rusiya və Efiopiya arasında nüvə elektrik stansiyasının tikintisinə dair rəsmi sənəd imzalanıb.

Məlumata görə, sənəd Rusiyanın “Rosatom” dövlət şirkətinin baş direktoru Aleksei Lixaçev və Efiopiyanın Elektrik Şirkətinin rəhbəri Aşebir Balça tərəfindən imzalanıb.

Razılaşmaya əsasən, yaxın illərdə layihənin texniki-iqtisadi əsasları hazırlanacaq, yol xəritəsi tərtib ediləcək və hökumətlərarası saziş üzərində iş aparılacaq.

Reuters yazır ki, bu addım Efiopiyanın artan enerji tələbatını ödəmək və ölkədə sabit, təmiz enerji mənbəyi yaratmaq məqsədi daşıyır. Layihə həmçinin nüvə sahəsində yerli mütəxəssislərin hazırlanmasına və texniki potensialın gücləndirilməsinə imkan verəcək.

Ekspertlərin fikrincə, bu əməkdaşlıq Afrika qitəsində nüvə enerjisi layihələrinin inkişafına mühüm töhfə verəcək.

Seçilən
13
bakuinfo.net

1Mənbələr