AZ

27 sentyabr hər zaman qürur günü kimi xatırlanacaq

Bakupost portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Vətəndaş Həmrəyliyi Partiyası 27 sentyabr Anım Günü, Vətən Müharibəsinin başlamasının 5-ci ildönümü ilə bağlı bəyanat yayıb.

Bakupost.az həmin bəyanatı təqdim edir:

2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan ordusunun növbəti hərbi təxribatının qarşısını almaq üçün başladığı cavab tədbirlərindən – Vətən Müharibəsinin başlamasından beş il ötür. 27 sentyabr müstəqillik tariximizdə şərəfli günlərdən biridir.

27 sentyabr təkcə 44 günlük Vətən müharibənin başlanğıcı deyildi, həm də Azərbaycanın suverenliyinin bərpasına gedən yolun, erməni separatçılarının birdəfəlik susdurulmasına istiqamətlənən əməliyyatların startı idi. Ona görə də 27 sentyabr Azərbaycan tarixində hər zaman qürur günü kimi xatırlanacaq. İkinci Qarabağ Savaşında 3 minə yaxın Azərbaycan hərbçisi şəhid oldu, mindən çox əsgər yaralandı. 27 sentyabr - Anım Günü Azərbaycan xalqının həm kədər, həm də qürur günü olaraq tarixə düşüb. Bu gün biz şəhidlərin xatirəsi qarşısında baş əyirik, onların qəhrəmanlığından güc alırıq.

Vətəndaş Həmrəyliyi Partiyası bu qələbənin əldə edilməsində misilsiz şücaət və qəhrəmanlıqlar göstərmiş hərbçilərimizi, öz canını Vətənimizin azadlığı üçün qurban vermiş şəhidlərimizi, döyüşlərdə sağlamlıqlarını itirmiş qazilərimizi, eləcə də onların valideynlərini bu gün böyük minnətdarlıq, iftixar hörmət hissiylə anaraq, bu şərəfli insanların xatirəsinin daim əziz tutulacağını bir daha bəyan edir. Qarabağ Savaşında qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə Tanrıdan rəhmət diləyir, müqəddəs ruhları qarşısında baş əyirik.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
1
www.bakupost.az

2Mənbələr