AZ

O, Qəzza Müvəqqəti Administrasiyasına rəhbərlik etmək istəyir

Böyük Britaniyanın keçmiş baş naziri Tony Blair Qəzza Müvəqqəti Administrasiyasına rəhbərlik edə bilər .

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, “The Economist” bununla bağlı məlumat yayıb.

"Planla əlaqəli bir çox mənbəyə görə, Blair Qəzza üzrə Beynəlxalq Keçid Təşkilatı adlanan quruma rəhbərlik edə bilər", - nəşr iddia edir.

Nəşrin məlumatına görə, Böyük Britaniyanın keçmiş Baş naziri beş il ərzində Qəzzada ali siyasi və hüquqi orqan kimi fəaliyyət göstərmək üçün BMT mandatı almaq niyyətindədir. 

Təsdiq edilsə, onun 25 nəfərə qədər katibliyi və yeddi nəfərdən ibarət şurası olacaq.

Bundan əvvəl Bler və ABŞ prezidenti Donald Trampın kürəkəni Cared Kuşnerin Qəzza zolağında müharibədən sonrakı bərpa işlərində iştirak edəcəkləri açıqlanmışdı .

Seçilən
45
operativmm.az

1Mənbələr