AZ

“Azərbaycanın geostrateji siyasəti Cənubi Qafqazı önəmli mərkəzə çevirib” DEPUTAT

ain.az, Gununsesi portalına istinadən məlumat verir.

“Dövlətlərin əraziləri, mahiyyət etibarilə, hansı geostrateji mövqeyə malik olmalarından asılı olaraq əhəmiyyət kəsb edir. Lakin bugün dünyada çoxsaylı ölkələr mövqelərindən tam istifadə edə bilmir”.

Bu fikirləri Gununsesi.info-ya açıqlamasında Milli Məclisin deputatı Elçin Mirzəbəyli deyib:

“Dünya okeanları, dənizlər, bəzi körfəzlər və boğazlarda ortaya çıxan təhlükəsizlik problemlərini nəzərə alsaq, vaxtilə dünya üçün böyük əhəmiyyət kəsb edən coğrafiyaların bəzi əraziləri bugün təhlükə mənbəyi ola bilər.

Azərbaycan isə həyata keçirdiyi siyasət nəticəsində Cənubi Qafqazı həm iqtisadi, həm enerji resurslarının ixracı, həm də təhlükəsizlik baxımından dünyanın ən önəmli bölgələrindən birinə çevirməyi bacarıb”.

Deputat vurğulayıb ki, bu proses təsadüfi baş verməyib.

“Əgər onu yalnız Azərbaycanın son zəfəri ilə əlaqələndirsək, məncə, yanlış yanaşma olar və tarix boyunca görülən bütün fəaliyyət düzgün dəyərləndirilmiş sayılmaz. Bu proses əsrin müqaviləsindən başlayır.

Əsrin müqaviləsindən Azərbaycanın enerji strategiyasına, neft strategiyasına, enerji layihələrinə və nəqliyyat dəhlizlərinə qədər uzun bir yol keçilib. Məsələn, Bakı-Tbilisi-Ceyhan layihəsində göstərilən mövqe və həmin dövrdə bir sıra böyük şirkətlərin, ölkələrin layihənin perspektivi olmadığını vurğulaması, eləcə də Bakı-Tbilisi-Kars layihəsinin həyata keçirilməsinə yaradılan maneələr göstərir ki, Azərbaycan illər öncə bölgənin gələcəyini və perspektivlərini düzgün proqnozlaşdırıb və uğurla həyata keçirib”-deyə deputat əlavə edib.

Şəbnəm Rəhimova

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
16
icma.az

1Mənbələr