AZ

Qardaşımın balası əmr etsin, hər şeyi olacaq Röya

ain.az xəbər verir, Azxeber.com saytına əsaslanaraq.

"Bu həyatda heç kəs məndən heç nə istəməsin. Amma o nə əmr etsə, baş üstə. Onun bu həyatda hər şeyi olacaq".

AZXEBER.COM xəbər verir ki, bu sözləri Xalq artisti Röya Ayxan deyib.

"Primetime"a özəl müsahibəsində qardaşı İsmayılın oğlu Mete Beyazdan danışan Xalq artisti sevgisini sözlə ifadə etməkdə çətinlik çəkib:

"Mete Beyaz mənim hər şeyimdir, xilaskarımdır. O olmasa bəlkə də mənə çox çətin olardı. İtirdiyim bütün sevgilərin yerini onun məhəbbəti sanki doldurub. Acımı dibinə qədər yaşamağa, mənə depressiyaya düşməyə imkan vermədi. Onun bir gülüşü mənə bəs edir. Bu həyatda heç kəs məndən heç nə istəməsin. Amma o nə əmr etsə, ölərəm. Onun bu həyatda hər şeyi olacaq. 10 yaşından qardaşlarıma baxmışam, indi də oğluna baxıram. Çox gözəl duyğudur".

Aysel

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
9
azxeber.com

1Mənbələr