AZ

BƏƏ prezidenti Həmzat Çimayevlə görüşdü

BAKI, 26 sentyabr. TELERQRAF

Birləşmiş Ərəb Əmirliklərinin prezidenti şeyx Məhəmməd ibn Zayed Əl Nəhəyyan UFC çempionu Həmzat Çimayevlə görüşüb.

Teleqraf xəbər verir ki, görüş Abu-Dabidə Qasr-əl-Bəhr sarayında baş tutub.

Şeyx Məhəmməd Çimayevi avqust ayında Çikaqoda keçirilən UFC 319 turnirində Drikus dü Plessini məğlub edərək orta çəki üzrə dünya çempionu titulunu qazanması münasibətilə təbrik edib. O, idmançıya karyerasında yeni uğurlar və beynəlxalq mükafatlar arzulayıb.

Həmzat Çimayev isə ölkənin idmana və idmançılara göstərdiyi dəstəyə, eləcə də gənc istedadların inkişafına verdiyi önəmə görə dövlət başçısına təşəkkürünü bildirib. Onun sözlərinə görə, bu dəstək BƏƏ idmançılarının beynəlxalq nüfuzunun güclənməsinə və uğurlarına mühüm töhfə verib.

Qeyd edək ki, 1994-cü ildə Çeçenistan Respublikasının Qvardeyskoye kəndində doğulan Çimayev 16 yaşında ailəsi ilə birlikdə qaçqın kimi İsveçə köçüb. 2024-cü ilin sentyabrında yalnız Rusiya vətəndaşlığının olduğunu açıqlasa da, qısa müddət sonra BƏƏ pasportu aldığını bəyan edib. Hazırda o, əsasən Əmirliklərdə yaşayır, məşqlərini burada keçir və UFC döyüşlərinə də BƏƏ bayrağı altında çıxır.

Seçilən
8
teleqraf.com

1Mənbələr