AZ

Mingəçevirə dəmiryol nəqliyyatının bərpası əlamətdar hadisədir - Arif Ağayev

Mingəçevi. Trend:

Gəncə-Mingəçevir-Ağstafa marşrutu üzrə gündə 2 dəfə sərnişinlərəxidmət göstəriləcək.

Trend xəbərverir ki, bu fikirləri ADY sədrinin müşaviri Arif AğayevinGəncə–Mingəçevir–Ağstafa marşrutu üzrə sərnişindaşımanınbaşlanmasına həsr olunmuş tədbirdə çıxışında deyib.

Sədr müavini bildirib ki, Mingəçevir - Gəncə - Ağstafatarayonlararası marşrutun açılışı dəmir yolları üçün əlamətdarhadisədir.

“Çünki ilk dəfə Bakıdan kənarda – regionlararası müasir qatarlasəfərlərə başlayırıq”.

Bildiyiniz kimi, mövcud rayonlararası marşrutların, daha dəqiqdesəm, Bakı-Qazax-Bakı, Bakı-Qəbələ-Bakı və Bakı-Balakən-Bakı,Bakı-Ağdam-Bakı istiqamətlərinin giriş və çıxış nöqtələri paytaxtBakıdır. Bu gün isə biz, necə deyərlər, bu ənənəni pozaraq biryeniliyə imza atmışıq”.

A. Ağayev deyib ki, daha bir ilk kimi uzun illərdən sonraMingəçevirə dəmiryol nəqliyyatının bərpasını da qeyd etməkistərdim.

“Azərbaycanda dəmir yollarının yaranmasının 145 illiyiərəfəsində müasir, komfortlu elektrik qatarları iləGəncə-Mingəçevir-Ağstafa marşrutu üzrə gündə 2 dəfə sərnişinlərəxidmət göstəriləcək”.

Sədr müavini çıxışı zamanı vurğulayıb ki, bu marşrutdanMingəçevirlə yanaşı, Goran, Gəncə, Dəllər, Qovlar, Tovuz və Ağstafasakinləri də istifadə edə biləcəklər”.

A.Ağayev əminliklə bildirib ki, bu marşrut daha çox Mingəçevirəhalisinin rahat, təhlükəsiz və sərfəli səyahət etməsinə vəMingəçevir şəhərinin turizm potensialının daha da artırılmasına vətanıdılmasına şərait yaradacaq:

“Azərbaycanın bütün regionlarını sərnişinlər üçün daha daəlçatan etmək və xidmət coğrafiyasını genişləndirmək olanhədəflərimizə çatmaq məqsədilə səylə çalışırıq. Bu məqsədləsərnişindaşıma xidmətinin davamlı olaraq yüksəldilməsi üçün müasiryanaşmalar tətbiq edirik. 2023-cü ildə ilk dəfə Bakı-Qəbələ-Bakımarşrutu istifadəyə verilib, 2024-cü ildə yeni qatarların xəttəburaxılması ilə Bakı-Ağstafa-Bakı marşrutu üzrə reyslər artırılıbvə Ləki və Ucar stansiyalarına dayanacaq verilib. Bir sıra stansiyavə dayanacaqlarda, rayonlararası istiqamətlərdə hərəkət edənqatarlarda pulsuz “Wi-Fi” xidməti aktivləşdirilib”.

Seçilən
63
az.trend.az

1Mənbələr