AZ

Qara dəniz sualtı kabel və dənizdə külək enerjisi layihələri regional enerji əməkdaşlığını gücləndirəcək - IFC

Bakı. Trend.

Qara dəniz sualtı kabel və dənizdə külək enerjisi layihələriAzərbaycan üçün regional enerji əməkdaşlığını gücləndirəcək.

Trend xəbərverir ki, bunu Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Avropa vəCənubi Qafqaz üzrə investisiya məsələləri mütəxəssisi VyaçeslavQordiyenko Bakıda keçirilən "Yaşıl Enerji Həftəsi 2025: Azərbaycanvə Mərkəzi Asiya" adlı tədbirdə bildirib.

Onun sözlərinə görə, bu layihələr bölgədə tanınmış meqaproyektlərdir: "Qara dənizdə həyata keçiriləcək sualtı kabellayihəsinin böyük məqsədi Cənubi Qafqazda istehsal olunan yaşılenerjini Avropaya ötürməkdir. Bu, böyük səylər tələb edir və genişkoordinasiyanı zəruri edir. Dünya Bankı artıq çoxölkəlikoordinasiya və ilkin tədqiqatlar üzərində çalışır. Əgər bu layihəAzərbaycan üçün reallaşarsa, ölkə yalnız öz daxili tələbatınıödəyən bir enerji istehsalçısı olmaqla kifayətlənməyəcək. Bu,region üçün əhəmiyyətli bir dönüş nöqtəsi olacaq".

IFC nümayəndəsi Azərbaycanın dənizdə külək layihəsindən dədanışıb: "Digər layihə Azərbaycanın Xəzər dənizində külək enerjisivə 7 gigavatlıq ambisiyalı proqramdır. Proqram yalnız o haldauğurla həyata keçirilə bilər ki, müəyyən komponentlər xaricdəngətirilə bilsin. Bunun üçün yerli istehsal gücü yaradılmalıdır. Buisə təkcə Azərbaycanla kifayətlənməyəcək, Mərkəzi Asiya ölkələrinində bu prosesə daxil olması vacibdir. Nəticədə, yerli istehsalimkanları formalaşacaq və layihə kommersiya baxımından əlverişliolacaq".

"Bu iki layihə bölgələrarası əməkdaşlıq baxımından olduqca uyğunnümunələrdir", - deyə IFC rəsmisi əlavə edib.

Seçilən
23
1
az.trend.az

2Mənbələr