AZ

Həndbol Federasiyasının şöbə müdiri beynəlxalq turnirdə

Azərbaycan Həndbol Federasiyasının idman şöbəsinin müdiri, beynəlxalq dərəcəli nümayəndə  İsgəndər Əsgərov növbəti dəfə təyinat alıb.

"Bakuinfo" xəbər verir ki, o, qadın həndbolçuların Avropa Kubokunun üçüncü mərhələsində Polşanın “Start Elblaq” və Türkiyənin “Trabzon Ortahisar” komandaları arasında keçiriləcək hər iki oyunda Avropa Həndbol Federasiyasının (EHF) nümayəndəsi olacaq.

Qeyd edək ki, sentyabrın 27-i və 29-da Trabzonun "Beşirli Tenis” İdman Kompleksində baş tutacaq qarşılaşmaları serbiyalı hakimlər briqadası idarə edəcək.

Seçilən
56
10
bakuinfo.net

10Mənbələr