AZ

Şaraa İsrailə söz verdi

BAKI, 26 sentyabr. TELEQRAF

“Suriya 1974-cü ildə münaqişənin həllinə dair İsraillə imzalanmış sazişə sadiqdir”.

Teleqraf xəbər verir ki, bunu Suriya Prezidenti Əhməd Şaraa deyib.

“İsrailin ölkəmizə qarşı təhdidləri dekabrın 8-dən bu günə qədər səngiməyib. İsrailin siyasəti Suriya və onun xalqını dəstəkləyən beynəlxalq mövqeyə ziddir, bu, keçid mərhələsindən istifadə etməyə çalışır, bölgəni sonu məlum olmayan yeni münaqişələr silsiləsi ilə üz-üzə qoyur. Bunun fonunda Suriya böhranın həlli üçün diplomatik danışıqlardan istifadə edir. Suriya 1974-cü ildə (İsraillə) imzalanmış müqaviləsinə sadiq qalacağımıza söz verir, beynəlxalq ictimaiyyəti bu təhlükələrlə mübarizədə onun yanında olmağa və Suriyanın suverenliyinə və ərazi bütövlüyünə hörmət etməyə çağırır”, - prezident bildirib.

Seçilən
34
teleqraf.com

1Mənbələr