Azərbaycan Basketbol Liqasında 2025/2026 mövsümünə bu gün start veriləcək.
“İki sahil” xəbər verir ki, günün yeganə matçında son çempion "Sabah" "Neftçi" ilə üz-üzə gələcək.
Qarşılaşma Bakı İdman Sarayında, saat 19:00-da start götürəcək.
Qeyd edək ki, tura oktyabrın 2-də yekun vurulacaq.