AZ

Tramp bu məhsullara 100 faizlik rüsum tətbiq etdi

Milli.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp ağır yük maşınları, eləcə də mətbəx şkafları, vanna otağı dolabları və yumşaq mebellərə yeni sahə rüsumları tətbiq edəcəyini açıqlayıb.

Milli.Az bildirir ki, bu barədə Bloomberg agentliyi məlumat yayıb.

Məlumata görə, oktyabrın 1-dən etibarən ağır yük maşınlarına 25 faiz, yumşaq mebellərə 30 faiz, mətbəx şkafları və vanna otağı üçün dolablara isə 50 faiz idxal rüsumu qüvvəyə minəcək.

Tramp bu qərarı Amerika istehsalçılarını "ədalətsiz xarici rəqabətdən qorumaq" məqsədi ilə izah edib.

Agentlik qeyd edir ki, ABŞ prezidentinin yeni tariflərlə bağlı açıqlaması, o cümlədən brend və patentləşdirilmiş dərman vasitələrinə 100 faiz rüsum tətbiqi barədə qərarı, Ticarət Nazirliyinin idxal ilə bağlı apardığı araşdırmalardan sonra verilib.

Hazırda Ağ Ev və ABŞ Ticarət Nazirliyi yeni planların detalları və onların necə icra ediləcəyi barədə açıqlama verməyib.

Qeyd edək ki, bu həftə BMT Baş Assambleyasında çıxış edən Donald Tramp Vaşinqtonun Ukrayna münaqişəsinin başa çatmasına razılıq vermədiyi halda Rusiya əleyhinə "ciddi rüsumlar" tətbiq etməyə hazır olduğunu da bəyan etmişdi.

İsmayıl

Milli.Az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
15
2
news.milli.az

3Mənbələr