AZ

Ölkəmizdə ilk dəfə “Data, ERP və Süni İntellekt Zirvəsi” keçiriləcək!

Ölkəmizdə ilk dəfə 20 noyabr 2025-ci il tarixində Gülüstan sarayında baş tutacaq “Data, ERP və Süni İntellekt Zirvəsi” Azərbaycanın rəqəmsal transformasiya yolunda yeni trendləri, innovativ həlləri və əməkdaşlıq imkanlarını müzakirə etmək üçün unikal bir platforma olacaq. Zirvə “Arter”, “Facemark”, “Handex” və “Human Development Center” şirkətlərinin birgə təşkilatçılığı ilə həyata keçiriləcək.

Operativ Media xəbər verir ki, “Data ilə Gələcək” konsepti ilə keçiriləcək tədbir, Azərbaycanın qlobal texnologiya bazarında rəqabət qabiliyyətini artırmaqla yanaşı, ölkənin innovasiya ekosistemində yeni imkanların yaradılması üçün də mühüm bir addım olacaq.

Tədbir çərçivəsində 3 panel müzakirəsi keçiriləcək:

İlk panel: “Kodlanmış gələcək: Azərbaycanda süni zəkanın oyandığı çağ”

İkinci panel: “Qara qutular: AI və Data-nın içində nə var?”

Üçüncü panel: “ERP-nin gələcəyi: Yeni trendlər”

Panellər üzrə böyük data, smart data, real-time data anlayışları, ERP sistemlərinin korporativ qərarvermədə strateji rolu, Azərbaycanda data infrastrukturu və potensial sahələr, etik kodlar və süni intellektin hüquqi çərçivəsi, dashboardların strateji rolu: qərarvermədə operativlik və şəffaflıq gətirməsi, data əsaslı müştəri davranışları və digər mövzular müzakirə ediləcək.

Tədbir dövlət və özəl sektor nümayəndələrini, beynəlxalq ekspertləri və qabaqcıl texnoloji şirkətləri bir araya gətirərək, süni intellekt, ERP həlləri və data idarəçiliyi sahəsində dayanıqlı, çevik və innovativ yanaşmaların formalaşdırılmasına töhfə verəcək. Həmçinin, gələn iştirakçılar yalnız panel müzakirələrində bilik və təcrübə mübadiləsi aparmaqla kifayətlənməyəcək, eyni zamanda partnyorlarla birbaşa əlaqə qurmaq, fikir mübadiləsi etmək və biznes şəbəkəsini genişləndirmək üçün unikal imkanlar əldə edəcəklər.

Qeyd edək ki, ölkəmizdə ilk dəfə təşkil olunacaq bu zirvə rəqəmsal transformasiyanı sürətləndirmək, məlumatlara əsaslanan qərarverməni təkmilləşdirmək və biznes proseslərini optimallaşdırmaq baxımından önəmli rol oynayacaq.

“Data, ERP və Süni İntellekt Zirvəsi”nə bilet əldə etmək və tədbirlə bağlı ətraflı məlumat əldə etmək üçün tədbirin rəsmi saytına keçid edə və sosial media hesablarımızdan ətraflı məlumatı əldə edə bilərsiniz.

Instagram: https://www.instagram.com/aidesummit/?igsh=emJpZnY4Z2Q4M2o2#

Facebook: https://www.facebook.com/profile.php?id=61580852390665

LinkedIn: https://www.linkedin.com/company/aide-summit

Seçilən
6
2
operativmedia.az

3Mənbələr