AZ

Meşhur müğənni eyvandan yıxılaraq öldü

10:23 26.09.2025
10:23 26.09.2025

Məşhur türkiyəli müğənni Güllü 6-cı mərtəbədəki evinin balkonundan yıxılaraq ölüb.

Bu barədə Mynews.az "Haber Global"a istinadən xəbər verir.

Arabesk musiqisinin sevilən simalarından olan Güllünün ölümü ilə bağlı xəbəri oğlu Tuğberk Gülter sosial şəbəkə hesabında açıqlayıb.

"Kədərli xəbəri paylaşmaq üçün bu mesajı dərc edirəm. Sosial mediada yayılan intihar xəbərləri əsassızdır. Güllünü bu gecə baş verən faciəli bədbəxt hadisə nəticəsində itirdik. Cənazə ilə bağlı xəbərləri bu "Instagram" səhifəsində paylaşacağam. Başımız sağ olsun", - deyə o bildirib.

Qeyd edək ki, Güllü "Sabah olmadan", "Değmezmiş sana", "Ödüm kopuyor" və "Unuttum işte" kimi tanınmış mahnıların ifaçısıdır.


Seçilən
30
1
mynews.az

2Mənbələr