Bu il Şərqi Avropa və Qafqaz ölkələrində (Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna) ÜDM-in 3% artacağı (mənfi 0,5 faiz bəndi) təxmin edilir.
Publika.az xəbər verir ki, 2026-cı ildə artımın dəyişməyərək 4,4% olacağı proqnozlaşdırılır. Bu barədə Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) məlumat yayıb.
Bu regionda 2025-ci il üçün artım proqnozunda ən əhəmiyyətli eniş istiqaməti Azərbaycanda (1 faiz bəndi azalaraq 2 faizə), Ukraynada (0,8 faiz bəndi azalaraq 2,5 faizə) və Moldovada (0,3 faiz bəndi azalaraq 1,5 faiz) müşahidə edilib. Ən böyük artımın Gürcüstanda (7%, 1 faiz bəndi çox) və Ermənistanda (5%) olacağı gözlənilir.
Azərbaycan üçün qeyd olunan risklərə “enerji qiymətlərindəki dəyişkənlik, qlobal ticarətdə qeyri-müəyyənlik və regional geosiyasət” daxildir.