AZ

Uzbekistan GTL yeni layihələrin gerçəkləşdirilməsi üzrə planları barədə (ÖZƏL)

Bakı. Trend:

Uzbekistan GTL Özbəkistanda yeni layihələr həyata keçirməyiplanlaşdırır.

Bunu Trend-ə“Uzbekistan GTL” zavodunun satış şöbəsinin mütəxəssisi BəxtiyarAybergenov bildirib.

“Planlaşdırdığımız yeni perspektivli layihələr arasında sintetikxətti alkilbenzol, həmçinin sintetik baza yağlarının istehsalı var.Bundan əlavə, biz həmişə əməkdaşlığın yeni formalarına açığıq vətəzə ideyalara hazırıq. Layihənin miqyasına və əhəmiyyətinəbaxmayaraq, "Uzbekistan GTL" zavodu nisbətən gənc müəssisədir vəməhz buna görə tərəfdaşlıq əlaqələrinin genişləndirilməsində xüsusimaraqlıyıq”, – deyə o vurğulayıb.

Aybergenov qeyd edib ki, "Uzbekistan GTL" layihəsinin ümumiinvestisiya dəyəri 3,4 milyard ABŞ dolları təşkil edib, bunun 2,3milyardı xarici investisiyalar hesabına, 1,1 milyardı isə“Uzbekneftqaz” səhmdar cəmiyyətinin vəsaitləri hesabına təminolunub.

Məqalədə:
Seçilən
85
1
az.trend.az

2Mənbələr