Bu gün Azərbaycan Premyer Liqasında 6-cı tura start veriləcək.
Operativ Media xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.
Əvvəlcə "İmişli" "Zirə"ni qonaq edəcək. Quba Olimpiya İdman Kompleksində baş tutacaq matç saat 15:30-da start götürəcək.
Digər qarşılaşmada isə "Qarabağ" və "Qəbələ" komandaları üz-üzə gələcək. Matç saat 19:00-da başlayacaq.