AZ

Bu məhsullara da yüksək tarif tətbiq edildi

ABŞ oktyabrın 1-dən əczaçılıq məhsullarına 100 faiz rüsum tətbiq edəcək.

Musavat.com xəbər verir ki, prezident Donald Tramp bu barədə sentyabrın 25-də Truth Social-da məlumat yayıb.

Prezidentin sözlərinə görə, Vaşinqton “oktyabrın 1-dən bütün markalı və ya patentləşdirilmiş əczaçılıq məhsullarına 100 faiz tariflər tətbiq edəcək”. Tramp əlavə edib ki, artıq ABŞ-da öz fabriklərini tikməyə başlayan istehsalçılar üçün istisnalar ediləcək.

Mayın 12-də prezident ABŞ-da dərmanların qiymətinin 59-90 faiz aşağı salınması haqqında sərəncam imzalayıb. Mətbuat konfransında o, ABŞ-dakı qiymətlərin digər ölkələrdəki qiymətlərlə uyğun gəlmədiyi təqdirdə əczaçılıq idxalına tariflər tətbiq edəcəyini bildirib.

Tramp həmçinin oktyabrın 1-dən etibarən digər ölkələrdə istehsal olunan mebel və ağır yük maşınlarına yeni tariflər tətbiq etməyi planlaşdırdığını açıqlayıb: “Aparıcı ağır yük maşınları istehsalçılarımızı haqsız xarici rəqabətdən qorumaq üçün 2025-ci il oktyabrın 1-dən etibarən dünyanın digər yerlərində istehsal olunan bütün ağır yük maşınlarına 25 faiz rüsum tətbiq edəcəyəm”.

O, həmçinin mətbəx və hamam mebellərinə 50 faiz, yumşaq mebellərə isə 30 faiz tarif elan edib ki, bu da oktyabrın 1-dən qüvvəyə minəcək.

Musavat.com

Seçilən
21
1
musavat.com

2Mənbələr