AZ

İlham İsmayıl saxlanılıb 90 ların məşhur Yelmarbank ın mərhum sahibinin oğlunun şikayətiylə... (ÖZƏL)

ain.az, Mia.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Tanınmış ekspert İlham İsmayıl saxlanılıb.

Mia.az "Unikal"a istinadla xəbər verir ki, ekspert dələduzluqda ittiham edilir. Belə ki, İlham İsmayıl oğlu Cavidan İsmayılzadə vasitəsilə zərərçəkmiş Emin Məmmədzadəyə Almaniyadan avtomobil gətirəcəyinə dair vəd verib. Vəd edilən avtomobil 2018-ci il istehsalı və dəyəri 54 min ABŞ dolları olan "Range Rover" imiş.

İ.İsmayıl E.Məmmədzadədən ilkin olaraq 20 min ABŞ dolları (34 min manat) alıb. Bir müddət sonra maşının ölkəyə gətirilmədiyini görən E.Məmmədzadə məsələ ilə bağlı polisə şikayət edib.

Dələduzluq faktı ilə əlaqədar İlham İsmayıl barəsində Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə cinayət işi başlanıb. O, ötən gün Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Mia.az-ın əldə etdiyi məlumata görə, şikayətçi  Emin Məmmədzadə 90-ların məşhur milyonçusu, "Yelmarbank"ın sahibi, mərhum Yelmar Məmmədovun oğludur.

Yelmar Məmmədov

Onu da bildirək ki, Yelmar Məmmədov 12 aprel 1995-ci ildə Daşkənddə üçüncü həyat yoldaşı ilə birlikdə müəmmalı şəkildə vəfat edib. O zamanın xəbərlərində deyilirdi ki,, onlar yatdığı zaman otağa qaz sızıb və bu səbəbdən vəfat ediblər.

MİA.AZ

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
12
mia.az

1Mənbələr