AZ

Qusarda sel təhlükəsinə görə ailələr köçürüldü Video

Qafqazinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

4 gündür ki, Qızılqaya massivindən axan lilli sel suları Qusarın Laza kəndinə yayılmaqla 10 yaşayış evini təhlükə qarşısında qoyub. Gecə saatlarında qrunt suları daha da artaraq sürətlə fərdi yaşayış elərinə və təsərrüfat sahələrinə doğru irəliləyib.

“Qafqazinfo” “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, üç fərdi yaşayış evinə daxil olan qrunt suları ciddi təhlükə yaratdığından sakinlər qonşu evlərə təxliyyə ediliblər.

Gecə saatlarından Qusar rayon İcra Hakimiyyətinin və Fövqəladə Hallar Komissiyasının nümayəndələri əraziyə baxış keçiriblər. Suyun məcrasının istiqamətləndirilməsi məqsədilə ağır texnikalar işə başlayıb.

Baş verə biləcək hər hansı təbiət hadisəsinin qarşısının alınması məqsədi ilə əraziyə növbətçi briqadalar yerləşdirilib.

Daha ətraflı reportajda:

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
1
1
qafqazinfo.az

2Mənbələr