1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Türkiyənin "Udofed" assosiasiyası dönər kababının ümumavropa səviyyəsində tənzimlənməsi üçün irəli sürdüyü tələbi geri götürüb.
Oxu.Az-ın "Tagesschau" qəzetinə istinadən verdiyi xəbərə görə, bununla da Almaniya ilə yeməyin düzgün resepti barədə uzun sürən mübahisəyə son qoyulub.
Avropa Komissiyasının nümayəndəsi məlumatı təsdiqləyib.
Nəşr qeyd edir ki, Almaniya dönər satışı üzrə Avropa İttifaqında liderdir. Brüssel müraciəti təsdiq etsəydi, bütün dönər kafeləri müəyyən qaydalara əməl etməli olardılar - məsələn, bəzi yeməklər içindəki qiymə və sousuna görə artıq dönər adlandırıla bilməzdi.