AZ

FIFA DÇ-2026-nın talismanlarını təqdim edib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



FIFA 2026-cı il dünya çempionatının maskotlarını təqdim edib.
Oxu.Az bildirir ki, bu barədə FIFA-nın Mətbuat Xidməti məlumat yayıb.
Mundial Kanada, ABŞ və Meksikada keçiriləcək. Hər maskot ev sahibi ölkəni simvollaşdırır. Kanadanı qapıçı sığın Meypl, Meksikanı hücumçu yaquar Zayu, ABŞ-ni isə müdafiəçi ağbaş qartal Klatç təmsil edirlər.
Qeyd edək ki, dünya çempionatı iyunun 11-dən iyulun 19-dək davam edəcək. İlk dəfə olaraq 48 komanda iştirak edəcək.
Seçilən
16
2
oxu.az

5Mənbələr