AZ

Bakı metrosunda yeni stansiyalar bu tarixdə açılırVİDEO

"Sahil" metrostansiyasının yaxınlığında keçid stansiyası inşa olunacaq".

Bunu "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, bu stansiya vasitəsilə Qırmızı xəttə keçid olacaq.

Qurum rəsmisi həmçinin qeyd edib ki, metronun "Xətai" stansiyasının yaxınlığında "Yaşıl xətt"ə əlavə keçid imkanı yardılacaq. Həmçinin Babək prospekti üzərində şəhər istiqamətində ilk stansiyanın tikintisi həyata keçiriləcək. Bəxtiyar Məmmədov onu da əlavə edib ki, daha bir yerüstü stansiyasının istifadəyə verilməsi nəzərdə tutulur. "Dərnəgül" elektrik deposunun ərazisində inşa ediləcək və "Yaşıl xətt"ə aid olacaq bu stansiya xüsusi qrafiklə işləyəcək və 2027-ci ilin sonuna qədər istifadəyə veriləcək.

Tikinti Layihələrinin İdarə olunması departamentinin rəis müavini Məmməd Rzayev isə bildirib ki, "B-04" stansiyasının tikintisi gələn il yekunlaşacaq. 

Bundan başqa, platformaaltı səviyyədə qrunt sularının toplanması üçün dərinliyi 7 metr olan 3 xüsusi anbar inşa olunub.

Eyni zamanda o da bildirilib ki, xətlərinin ayrılması layihəsi ilə bağlı iki şaxtanın tikintisinə başlanılıb. Gələn ilin yanvarından tunellərin inşası zamanı 28 May və Nizami stasniyaları arasında hərəkət müvəqqəti dayandırılacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
5
xezerxeber.az

1Mənbələr