AZ

Netanyahu arzuolunmaz şəxs elan edilib

İsrailin baş naziri Benyamin Netanyahu Sloveniyada arzuolunmaz şəxs elan edilib.

Operativ Media xəbər verir ki, bu barədə Slovenya Xarici İşlər Nazirliyinin rəsmisi Neva Qrasiç "X" hesabındakı paylaşımında məlumat verib.

"Netanyahunun hərbi və insanlığa qarşı cinayətləri ictimaiyyətə məlumdur. Sloveniya hökumətinin bugünkü iclasında Netanyahunu ölkədə persona-non-qrata elan edib. Onun Sloveniyaya girişinə qadağa qoyulub. Hökumət bu qərarla İsrailə açıq mesaj verir. Sloveniya beynəlxalq məhkəmələrin qərarlarına və beynəlxalq humanitar hüquqa hörmət edir" - deyə, XİN rəsmisi qeyd edib.

Sloveniya bundan əvvəl İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir və maliyyə naziri Bezalel Smotriçi persona non qrata elan edib.

Seçilən
1
2
operativmedia.az

3Mənbələr