AZ

Lukaşenko: Ermənistan Rusiya və Belarusdan yardım istəyə bilər

BAKI, 25 sentyabr. TELEQRAF

Belarus Prezidenti Aleksandr Lukaşenko Moskvada keçirilən Qlobal Atom Enerjisi Forumunda Ermənistanın Baş naziri Nikol Paşinyana nüvə texnologiyasının inkişafında kömək təklif edib.

Teleqraf xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Lukaşenko təklif edib ki, Paşinyan nüvə texnologiyasının inkişafında yardım üçün Belarus və Rusiyaya müraciət etsin.

Qeyd edək ki, Belarus və Ermənistan arasındakı siyasi münasibətlər 2020-ci il 44 günlük Vətən müharibəsindən sonra daha da pisləşib.

Seçilən
32
teleqraf.com

1Mənbələr