AZ

Azərbaycan Çin şirkəti ilə bərpa olunan enerji sahəsinə sərmayə qoyuluşunu müzakirə edib

525.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Azərbaycan Çinin "PowerChina Resources Ltd." şirkəti ilə bərpa olunan enerji sahəsinə sərmayə qoyuluşunu müzakirə edib.

525.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Nazir qeyd edib ki, bununla bağlı müzakirələr şirkətin sədri Conq Haysianq ilə görüşdə aparılıb: "Görüşdə müasir texnologiyaların və innovativ həllərin tətbiqi istiqamətində əməkdaşlığın perspektivlərini qeyd etdik."

Onun sözlərinə görə, görüşdə birgə fəaliyyətin şaxələndirilməsi, ixrac potensialının artırılması, dövlət-özəl tərəfdaşlığı əsasında su resurslarının səmərəli şəkildə idarə olunması layihələrinin həyata keçirilməsi imkanları dəyərləndirilib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
92
525.az

1Mənbələr