AZ

"Paytaxta girişin ödənişli olma mexanizmi mübahisəlidir" -Nəqliyyat eksperti

Son günlər geniş müzakirə olunan məsələlərdən biri də paytaxt Bakıya girişin ödənişli ola bilmə ehtimalıdır. 

Nəqliyyat eksperti İlqar Hüseynli Redaktor.az-a danışarkən bildirdi ki, ödənişli yollar praktikası dünya təcrübəsində var.

"20-dən çox ölkənin ən azından paytaxt şəhərinə avtomobil vasitəsilə daxil olmuşam. Orada hər hansı bir şəhərə girişdə ödənişin tətbiq olunması ilə bağlı praktika görməmişəm. Məsələn, İstanbulda körpülər var, o asma körpülərin hamısı ödənişlidir. İllik və abunəlik ödənişləri mövcuddur.

Bakı şəhərinin daxilində də nəqliyyatın sıxlığını azaltmaq üçün müəyyən yerlərdən keçidli ödənişli sistemlər tətbiq etmək olar. Bu praktikada mövcuddur. Mən düşünürəm ki, bunu mərkəzi hissələrə şamil etmək olar. İçərişəhər, Bayıl, Neftçilər prospektinin müəyyən hissəsinə tətbiq etmək olar. Amma ümumilikdə bu praktika dünya ölkələrində var. Bu, tıxacların aradan qaldırılmasında müəyyən rol oynaya bilər. Paytaxta girişin ödənişli olma mexanizmi mübahisəlidir. Mən düşünürəm ki, buna bir qədər ehtiyac yoxdur. Çünki dünya praktikasında böyük şəhərlərə, paytaxtlara girişin pullu olması ilə rastlaşmamışam".

Aytəkin TOFİQQIZI

Seçilən
8
redaktor.az

1Mənbələr