AZ

Nazarbayev Universiteti Azərbaycanın ali təhsil ocaqları ilə əməkdaşlığın inkişafında maraqlıdır

Bakı. Trend:

Nazarbayev Universiteti Azərbaycan ali təhsil müəssisələri ilətərəfdaşlığı genişləndirmək niyətindədir.

Bunu Trend-əNazarbayev Universitetinin akademik planlaşdırma və büdcə üzrəprorektorunun müavini Aida Saqintayeva Bakıda keçirilən Avrasiyauniversitetləri sammiti çərçivəsində bildirib.

"Biz ADA Universitetini ziyarət etdik və onun inkişafından çoxtəsirləndik. Bizim ortaq cəhətlərimiz var – bu, bütün region üçünaktual olan mövzularda araşdırmaların aparılması, insan kapitalınıninkişafı, mütəxəssis hazırlığı, yeni təhsil proqramları və gəncistedadların dəstəklənməsidir", - deyə o bildirib.

Saqintayeva qeyd edib ki, Azərbaycan universitetləri iləəməkdaşlıq üç istiqamətdə nəzərdən keçirilir: birgə tədqiqatlar,tələbə və müəllim mübadiləsi, həmçinin beynəlxalq layihələrdəiştirak.

"Qazaxıstanlı tələbələr Azərbaycanda təhsil almağa böyük maraqgöstərirlər, onlar buradakı tədris səviyyəsi və elmi tədqiqatlarlatanış olmaq istəyirlər. Düşünürəm ki, elə azərbaycanlı tələbələrüçün də bizdə təhsil almaq faydalı olar. Müəllimlər arasında datəcrübə mübadiləsinin aparılması vacibdir”– deyə o vurğulayıb.

Məqalədə:
Seçilən
21
az.trend.az

1Mənbələr